“Məni qatmayın” - “Lotu Quli” etiraz etdi

meni-qatmayin
Oxunma sayı: 13373

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov həbsxanaya göndərilən “proqon”a  adının yazılmasını etirazla qarşılayıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hazırda həbsdə olan Artur Atabekyana (Artur Molodoy) dəstək vermədiyini bildirib. Bundan başqa, “qanuni oğru” özünün icazəsi olmadan adının “proqon”a yazılmasının izahatını istəyib.

“Nə istəyirsiniz edin, nə istəyirsiniz yazın, amma məni qatmayın”, - deyə “Lotu Quli” etirazını bildirib.

Qeyd edək ki, “proqon” “oğru”ların verdiyi qərarın kütləyə çatdırılmasıdır.