“Məni serial qəhrəmanına bənzədiblər”- - Fotolar

meni-serial-qehremanina-benzedibler-
Oxunma sayı: 2775


“Bu geyim ötən əsrin əvvəllərini xatırladır. Bu tərzi bir çox geyimlərə bənzədənlər var. Amma konkret bu biçimi bu dövrdə heç kimdə görməmişəm. Və ya kimdəsə görüb, özümə sifariş verməmişəm. Əcnəbilərin nüfuzlu moda dəfiləsində rast gəldim. Həmin geyim özəlliyi ilə diqqət çəkirdi.  Mavi rəng də indinin dəb rəngidir. Paltarı geyinəndən sonra ətrafındakılar məni  serial qəhrəmanına da bənzədiblər. Bu gün bəzi seriallardakı hadisələrin ötən əsrlərin ortalarına təsadüf etdiyini  xatırlasaq, bu tərzdə serial qəhrəmanına çevrilmək şansım az deyil. olmadığı qənaətinə gəlmək olar. Bu geyimdə özümü həmin dövrün abu-havasında hiss edirəm.  Həmçinin stilist dostlarım, ətrafımdakı zövqlü insanlar son günlər ən çox bəyənilən geyimimin bu olduğunu bildiriblər.  Bu tərzdə hansısa bir layihədə görünəcəyimə ümid edirəm”.