“Məni təhqir edirsənsə, səni tapacam”

“Məni təhqir edirsənsə, səni tapacam”
Oxunma sayı: 1226

Azərbaycanlı müğənni Aslan Hüseynov ona sosial şəbəkədə tənqid edənlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, onu təhqir edənləri şəxsən özü tapır və cavabını verir: 

“Hər zaman deyirəm ki, məni sevməyən də olmalıdı. Amma bizdə cəmiyyətdə bəzən təhqirlə tənqidi səhv salırlar. Ətrafımda olan dostlarım bilir ki, mən bir az fərqli insanam. Məni tənqid edən adamı tapmayınca, onu başa salmayana qədər ondan əl çəkmirəm.

Hətta işimi gücümü atıb bu işlə məşğul oluram. Heç kimə icazə verilmir ki, kimisə təhqir etsin. Məni bəyənmirsənsə, gözüm aydın. Mən heç səni tanımıram ki, kimsən. Amma məni təhqir edirsənsə, səni tapacam. Yəni necə lazımdırsa, elə də tapıram. Elə şeyləri boş vermək olmaz. Mənə sataşan da yoxdur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi