“Məni tənqid edənlər xalqın lazımsız parçasıdırlar”

meni-tenqid-edenler-xalqin-lazimsiz-parcasidirlar-
Oxunma sayı: 2822


Axşam.az-ın məlumatına görə, “APA TV”də yayımlanan “Səhər” verilişinə qonaq olan aktrisa bu söz-söhbətlərin onu ruhdan salmadığını deyib: 

“Əgər bu, filmin çəkiliş qrupunun piarı idisə, onlara ayıb olsun. Mən bu cür ucuz piarlara qaçmıram. Belə söz-söhbətlər məni ruhdan salmır. 16 ildir sənətdəyəm, həmişə peşəmi sevmişəm, bir iş görəndə ona canımı, ruhumu qoyuram. Tamaşaçını məcbur edəcəm ki, mənim sənətimə hörmətlə yanaşsınlar. Mənim ünvanıma tənqidlər yazanlar bu həyatda heç nəyə nail olmayan, xalqın lazımsız parçasıdırlar. Belələrinə önəm vermirəm”.