“Məni “Xəzər-Lənkəran”dan qovublar” - Müsahibə

meni-xezer-lenkerandan-qovublar-musahibe
Oxunma sayı: 643

- Dünən “Xəzər Lənkəran”la oyundan sonra Elnur Allahverdiyev deyib ki, Lənkəranın çörəyi Kamrana haram olsun. Sənin buna münasibətin necədir?
- Elnurun belə söz dediyini mən oyunda eşitməmişəm. Saytlardan oxudum ki, belə bir şey var. “Xəzər Lənkəran”da 6 il canımı qoymuşam. Onlarla kubok qazanmışam, çempion olmuşam. Onların fanatları ürəyimdədir. Amma məni oyunda və oyundan sonra azarkeşlər təhqir etdilər. Mən peşəkar futbolçuyam. Fanatlar bilsinlər ki, mən ordan getməmişəm, məni komandadan çıxarıblar. Özdə necə çıxartdılar. 6 ay futbolsuz qaldım. “Bakı” mənə kömək etdi, heyətinə qatdı. İndi “Bakı”nın uğurları üçün çalışıram. O ki qaldı, Elnurun məsələsinə biz onunla çiyin-çiyinə futbol oynamışıq. Rahidin də adını hallandırırlar. Rahidlə biz qardaşıq. Onunla milli komandada olanda da bir otaqda qalıram. Mənim adımdan deyirlər ki, Elnur haqqında demişəm narkomandır. Ola bilər ki. əsəbiləşib Elnuru söyərəm. Amma onu mətbuata çıxarmağa ehtiyac yoxdur. İnanmıram ki, Elnur mənim haqqımda belə söz desin. Desə də, bu düzgün ifadə deyil. Lənkəranda mən havayı pul almamışam. Aldığım pulun müqabilini ödəmişəm. Ayrıldım komandadan. Mən orda kimdənsə incimişəm. Bunu kənara qoymaq lazımdır. Mübariz Mənsimova, Mais Mənsimova hörmətim böyükdür və bundan sonra da onlara hörmətim olacaq. “Xəzər Lənkəran”da futbolçularla münasibətim yaxşıdır. Futboldan kənarda da, futbol oynayanda da onlarla münasibətimiz yaxşıdır. Belə ifadələr normal bir şey deyil. Ola bilər ki, mən də belə söz demişəm, Elnur da deyib. Amma əsəbi olmuşuq. Bunlar mətbuatda yazılmamalı idi.

- Elnurla belə söz-söhbətlərin yaranmasına səbəb nədir bəs?
- Mən ö cür həyat yaşamımşam ki, kimsə bizə ağır söz desin. Ola bilər ki, biz əsəbləşib bir-birimizə nəsə deyək. Amma bu şişirdiləcək bir şey deyil. Elə açıqlama vermək düzgün deyil ki, mən onun haqqında nəsə deyim. Yəqin ki, o da o sözü deyib. Amma indi soruşsan, danar ki, mən elə söz deməmişəm. Amma susmaq daha yaxşıdır. Belə şeylər olur futbolda. Həyat davam edir.

- Sənin adından yazılıb ki, Elnur haqqında danışmısan. Yəni sən açıqlama vermisən ki, narkomanda futbolçu olub...
- Mən elə söz demərəm. Amma başqa cür demişəm bəlkə, kimsə elə yazıb. Yəni mən uşaq deyiləm ki, ağzıma gələni danışım. Dedilər Elnurla dava salmısan? Mən də cavabında dedim ki, yox belə şey olmayıb. Elnurla biz heç oyunda üz-üzə gəlməmişəm. Oyun bitdi mən də gedib soyunub-geyinmə otağına girmişəm. Oyundan sonra eşitdim ki, belə söz deyib. Mən də normal açıqlama verdim. Belə şeylərlə rastalaşanda əsəbləşirəm. Normal şeylər deyil.

- Oyunun gedişində Lənkəran azarkeşləri sənə təzyiq edirdi. Bu sənə necə təsir etdi?
- Azarkeşlərin nə düşündüyün bilmirəm. Onunla mənə nəsə olmayacaq. Heç vecimə deyil. Həyat davam edir. Sadəcə azarkeşlərə demək istəyirəm ki, mən 6 il onlar üçün can qoymuşam. İstəyiblər getməmişəm. Bağlı olmuşam o komandaya. Sadəcə komandadan qovublar. İstəməyiblər orda oynayım. Lənkəranlı azarkeşləri başa düşürəm. Onlar məğlubiyyətə layiq deyillər. Futbolu necə sevidklərini də yaxşı bilirəm. Onlara bağlıyıq. O kitab bizim üçün açılmışdı. Oxuduq və bağladıq. Orda bizi sevən fanatlara daim hörmətimiz olacaq. Mən o təhqirə layiq deyiləm. O təhqiri edən insan həyatda bizimlə üzbəüz gəlib o söhbəti edə bilməz. Onlar məndən də yaşda balacadır. Biz peşəkarıq. Belə şeylərə fikir verməməliyik. İnanmıram ki, ziyalı bir insan belə söz deməz. Uşaqlardır düşüncəsi azdır. İndi “Bakı”nın uğurları üçün çalışıram. Lənkərana gedirik növbəti oyuna. Bilirəm orda məni nələr gözləyir. Amma bunlar xoşagəlməz şeylərdir. Gedirəm futbolumu oynayım və gələm. Bu o demək deyil ki, mən ordan çıxmışamsa, orda olan futbolçularla münasibətim olmasın və ya pis olsun. Lazım olanda görüşürük, otururuq, söhbət edirik. Komandada olanda onlarla necə ünsiyyətimiz olubsa, indi də elədir. Şayədir ki, bizi dalaşmışıq, nə bilim başqa nəsə olub.

- Orxan Sadıqlının qurtarışlarından sonra ona əl hərəkətləri ilə “əla” qurtarış etdiyini göstəriridin...
- Bu haqda danışmaq yersizdir. Danışmasam. Yaxşıdır. Allah bilir ki, ürəyimiz necədir. Sevindim onun belə oyununa. Başqa nə deyə bilərəm?

- Təəccübləndin onun belə reaksiyalarına?
- Təəccübləndim deyəndə ki, Azərbaycanda kifayət qədər istedadlı qapıçılar var. Heç kimdən inciməmişəm. Əgər kimsə düşünürsə, incikliyim var deyə belə danışıram. Amma əsla elə deyil. Bir yerdə futbol oynamışıq. Allah görür. Nəsə bilmişəmsə, Orxana da azdan-çoxdan öyrətmişəm. Ya da ondan öyrənmişəm. Hafiz müəllim öyərdib bizi. Biz Hafiz müəllimə əmi, dayı demişik. Öz üzərində işləsə, daha da yaxşı olacaq. Orxandan belə oyunlar gözləməyə dəyər. Bir az da peşəkar olsa, daha yaxşı olar. Azərbaycan futbolu hardasa aşağı səviyyədədir. Beynəlxalq səviyyədə daha çətin olur. İnşallah, inanıram ki, Orxan məşq edib beynəlxalq səviyyəli qapıçı olacaq.

- Razısan ki, dünən qapıda Orxan Sadıqlı olmasaydı, hesab 4:0 və ya 5:0 olardı?
- Bu futboldur. Burda hər şey ola bilər. Qapıçının işi topmaqdır. “Xəzər Lənkəran”ı belə zəif görməmişdim. İnanıram ki, onlar yaxın zamanda toparlanıb yaxşı oynayacaqlar. Demək olmaz ki, “Bakı” güclüdür və ya “Xəzər Lənkəran”ın oyunu alınmadı. Sadəcə dünən biz daha üstün və yaxşı oynadıq. Və bizim komandada artıq öz sözünü deyir.

- Düşünürsən ki, Orxan Sadıqlı gələcəkdə səni Azərbaycan futbolunda layiqincə əvəzləyə biləcək? Milli komanda da özünü sübut edəcək?
- Tək Orxan yox, Azərbaycan futbolunda layiqincə məni əvəz edəc biləcək futbolçu var.