“Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsi keçirilib

menim-avropam-adli-usaq-resm-musabiqesi-kecirilib
Oxunma sayı: 654

“Park Bulvar”ın PR meneceri Günay Malikqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, aprel-may aylarında keçirilən müsabiqədə məqsəd uşaqların rəsmlər vasitəsilə Avropa barədə bilgilərini, düşüncələrini və Azərbaycanın Avropada yerini necə gördüklərini üzə çıxarmaq idi. Müsabiqədə 6-9 və 10-14 yaş qruplarında 100-dən çox uşaq iştirak edib.

Kiçik yaş qrupunda Əminə Əlibəyli və Abdulla Axundov, böyük yaş qrupunda isə Nərminə Qurbanova və Miladi Quluzadə birinci və ikinci yerləri bölüşdürüblər. Qaliblər İpad və İpodlar, sertifikatlarla mükafatlandırılacaqlar. Müsabiqənin ən kicik iştirakçısı 5 yaşlı Ülviyyə Məmmədova xüsusi mükafata layiq görülüb. Daha 10 içtirakçı 5 nominasiyada fərqləniblər. Sərgi 07.06.12. tarıxınədək Park Bulvar AVM-də sərgilənəcək.

Tədbirdə Avropa İttifaqının Azərvaycandakı Nümayəndəliyinin səfiri Roland Kobiya, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Bakı Müasir İncəsənət Mərkəzinin direktoru Əsmər Nərimanbəyova iştirak edəcək.

Nigar Məmmədli