Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı

Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı
Oxunma sayı: 904

Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.

Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi