Mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

menzilde-komeksiz-qalan-2-azyasli-xilas-edilib
Oxunma sayı: 789

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbi ilə mənzildə köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.