Mənzildə köməksiz qalanlar xilas edildi

menzilde-komeksiz-qalanlar-xilas-edildi
Oxunma sayı: 954

Nərimanov və Pirallahı rayonlarında bağlı qapı arxasında halsız vəziyyətdə qalan vətəndaşlar xilas edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş digər məlumata əsasən, Pirallahı rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxsə yardım edilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.