Mənzildən 30 min manatlıq qızıl əşyalar oğurlanıb - Mingəçevirdə

menzilden-30-min-manatliq-qizil-esyalar-ogurlanib
Oxunma sayı: 1721

Mingəçevirdə oğurluq hadisəsi olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərinin A.Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb.

Ev sahibi Sevda Abdullayeva ona məxsus mənzildən naməlum şəxs tərəfindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edib. Sevda Abdullayevanın bildirdiyinə görə hadisə axşam saatlarında baş verib. Oğrular evə pəncərədən daxil olublar.

Faktla bağlı araşdırma aparılır.