Mənzildən kişi meyiti aşkarlanıb

menzilden-kisi-meyiti-askarlanib
Oxunma sayı: 644

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Şərifov Aleksandr Eldaroviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:27-də başa çatıb.