Meqan Markl müsəlman qadınlarla yemək bişirdi, kitab yazdı - Fotolar

meqan-markl-muselman-qadinlarla-yemek-bisirdi-kitab-yazdi
Oxunma sayı: 2844

Susseks hersoqu, İngiltərə şahzadəsi Herri ilə evli olan Susseks hersoginyası Meqan Markl maraqlı addımı ilə gündəmə gəlib.

“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, keçmiş aktrisa 14 iyun 2017-ci ildə Londonda “Qrenfel Tover”də baş vermiş yanğında ölən 72 nəfərin yaxınları ilə görüşüb.

Yanvardan etibarən müsəlman qadınlarla bir neçə dəfə gizlicə görüşən Markl, onlarla müxtəlif yeməklər bişirib. O, bu yaxınlarda çıxaracağı yemək kitabının ön sözündə isə həmin qadınlar haqqında qısa hekayələrə yer verib.

37 yaşlı hersoginya kitabında müxtəlif yeməklərin bişirilmə qaydasından, birlikdə yemək bişirdiyi qadınların tövsiyyələrindən də bəhs edib. Markl Yaxın Şərq, Şimali Afrika və Şərqi Aralıq bölgəsi mətbəxlərini sevdiyini də xüsusilə qeyd edib.

Qeyd edək ki, “Birlikdə: Bizim ictimai yemək kitabımız” adlı layihə Böyük Britaniyada kral ailəsinin bir üzvünün təkbaşına həyata keçirdiyi ilk təşəbbüsdür.