“Məqsəd İlham Əliyevi güzəştə məcbur etməkdir” – Münasibət

meqsed-ilham-eliyevi-guzeste-mecbur-etmekdir-munasibet
Oxunma sayı: 641

Bu saytda acıqlanan məlumatlarla bağlı “Qafqazinfo”ya münasibətini bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib ki, bu saytda bütün yazılar birbaşa ABŞ Dövlət Departamentinin xüsusi kəşfiyyat orqanlarının hazırladığı məlumatlardır: “Bu yazıların sayta yerləşdirlməsini Amerika təşkil edir. Azərbaycanla bağlı verilən məlumatlara gəldikdə isə, bu saytın vasitəsi ilə Amerika Azərbaycanın qonşu dövlətlərini Azərbaycana düşmən etmək, münasibətləri korlamaq istəyir”.
N.Orduxanlı hesab edir ki, saytda yayılan məlumalarda məqsəd Qarabağ məsələsində İlham Əliyevi güzəştə məcbur etməkdir. BAXCP funksioneri “Azərbaycan iqtidarı müharibə etməkdən çəkinir. Bizim ciddi dəstəyimiz yoxdur. Müxalifətin radikal qanadı isə ölkə daxili siyasi mübarizədə Ermənistana himayədarlıq edən qüvvələrlə əmakdaşlıq edir”, - deyə bildrib.
N.Orduxanlı WikiLeaks saytında acıqlanan bir məqama diqqət etmək istədiyini bildirib: “İsa Qəmbər və Əli Kərimli ilə bağlı indiyə qədər onlarla teleqramları acıqlayıblar. Bu teleqramlardan məlum olur ki, nə İsa Qəmbər, nə də Əli Kərimli diplomatlarlarla və digər məsul şəxslərlə görüşlərdə bir dəfə də olsun Azərbaycanın milli məsələsi olan Qarabağla bağlı hər hansı bir danışıqlar aparmayıblar. Kimin buna şübhəsi varsa, həmin saytda daxil olub və onlar haqqında acıqlanan məlumatlara nəzər yetirməklə bunun şahidi ola bilərlər. Bunlar ancaq və ancaq hakimiyyətə qarşı mübarizədə bulunublar və hakimiyyətə gəlmək üçün hər şeyə hazir olduqlarını göstəriblər”.