Mer polislərin gücünü yoxlamaq üçün onları vurub - Video

mer-polislerin-gucunu-yoxlamaq-ucun-onlari-vurub
Oxunma sayı: 2110

İndoneziyada şəhər meri yeni təyin olunan polislərin gücünü və dözümlülüyünü yoxlamaq üçün onları vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ictimai asayiş agentliyinin yeni əməkdaşlarının təyin edilməsi mərasimində baş verib. 

Təkbətək döyüş növlərinə bələd olan mer zabitləri sıraya düzərək sinələrinə zərbələr endirib. 

Video sosial şəbəkələrdə tənqidlərə səbəb olub. “Əgər əqli və fiziki gücünü göstərmək istəyirdisə, işində daha çox töhfə verməliydi, insanları döyməməli idi” deyə bəzi sosial şəbəkə istifadəçiləri meri qınayıblar.