Mərakeş çəyirtkəsinə qarşı mübarizə başladı

merakes-ceyirtkesine-qarsi-mubarize-basladi
Oxunma sayı: 862

Cənub rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən aparılan monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən olunub. Odur ki, aprel ayının 19-dan etibarən 1600 hektar sahədə Mərakeş çəyirtkələrinə qarşı ilkin mübarizə tədbirləri başlanılıb.

Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır.