Mərakeş kralı 415 məhkumu əfv etdi

merakes-krali-415-mehkumu-efv-etdi
Oxunma sayı: 637

Mərakeş kralı VI Məhəmməd 415 məhkumu əfv edib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Əfv olunanlar arasında 2003-cü ildə Kasablankada törədilmiş terror aktına (Terakt nəticəsində 12 terrorçu daxil olmaqla 45 nəfər ölmüşdü) görə həbs olunanlar da var.