Mərakeşli nazir Azərbaycana gələcək

merakesli-nazir-azerbaycana-gelecek
Oxunma sayı: 642

Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.
 
Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: “İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir”.