Meral Akşener Elçibəyin xanımından yazdı - Foto

meral-aksener-elcibeyin-xanimindan-yazdi
Oxunma sayı: 3477

Türkiyəli siyasətçi, İYİ Partiyasının sədri Meral Akşener Azərbaycanın eks-prezidenti Əbülfəz Əliyevin (Elçibəy) xanımı Həlimə Əliyevanın vəfatından yazıb. 

“Qafqazinfo” xəbər verir ki, Akşener mərhumun ailəsinə başsağlığı verib:

"Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparan, mərhum ağsaqqalım Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı itirməyimizə izaholunmaz dərəcədə üzülürəm. Rəbbim məkanını cənnət etsin”.

Qeyd edək ki, Həlimə Əliyeva dünən Türkiyədə vəfat edib. O, vəsiyyətinə uyğun olaraq Naxçıvanın  Kələki kəndində dəfn olunacaq.

Aysel Kərimova