Merayya Keri cinsi təcavüzdə ittiham olunur

merayya-keri-cinsi-tecavuzde-ittiham-olunur
Oxunma sayı: 6756

Amerikalı müğənni Merayya Keri cinsi təcavüz və təhqiramiz davranışlarda ittiham olunur.

“Qafqazinfo”nun “TMZ” nəşrinə istinadən verdiyi məlumata görə, sənətçinin təhlükəsizliyini təmin edən təhlükəsizlik şirkətinin sahibi Maykl Anello bəyan edib ki, Keriyə qarşı dava açıb.

Onun sözlərinə görə, müğənni onu və həmkarını alçaldaraq onları nazi, skinhed və Ku-Kluks-Klanın üzvləri olmaqda ittiham edib. 

A. Anello həmçinin Meksikanın Kabo-San-Lukas şəhərində baş vermiş insidentdən bəhs edərək bildirib ki, Merayya ondan xahiş edib ki, əşyalarını qaldığı oteldəki otağına daşımağa kömək etsin. O, otağa daxil olanda sənətçinin şəffav bir köynəkdə olduğunu gördükdə ordan çıxmaq istəyib. Keri isə ondan onunla birlikdə qalmağı təkid edib. 

Nəşrin məlumatına görə, Merayya Kerinin nümayəndəsi şirkət sahibinə təzminat ödəməyə hazırdır. Sadəcə Maykl Anello təklif olunan məbləğlə razılaşmır.