“Mercedes” 1 milyondan çox avtomobili geri çağırır

mercedes-1-milyondan-cox-avtomobili-geri-cagirir
Oxunma sayı: 2732

Almaniyanın “Mercedes-Benz” şirkəti bütün dünyada 1 milyondan çox avtomobili geri çağırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna təhlükəsizlik yastıqlarında qeydə alınan problemlər səbəb olub. Belə ki, şirkətin məlumatına əsasən təhlükəsizlik yastıqları səhvən açıla bilər.

Bildirilir ki, Böyük Britaniyada 400 min, ABŞ-da 495 min, Kanadada 76 min, Almaniyada 100 mindən çox avtomobil geri çağırılır.

Sözügedən nasazlıqlar 2012-2017-ci illərin A, B, C, E, eləcə də CLA, GLA və GLC modellərində müşahidə olunub.