Mercedes-AMG GT 4-Door Coupe artıq Azərbaycanda - Fotolar

mercedes-amg-gt-4-door-coupe-artiq-azerbaycanda
Oxunma sayı: 2468

Unikal dizayn, maksimal rahatlıq və dördqapılı Fastback yığımlı fenomenal idman texnikası modelin fərqləndirici xüsusiyyətləridir.

“Qafqazinfo” xəbər verir ki, AMG GT ailəsinə dördqapılı kupenin əlavə edilməsi, Mercedes-AMG avtomobilinin unikal imkanlarını özündə ehtiva edən gündəlik avtomobil axtarışında olan alıcılar üçün xüsusi imkanlar yaradır.

Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé saatda 315 km qədər sürətlənir. Müasir güclü V6 və V8 mühərrikləri 435 at gücündən 639 at gücünədək inkişaf etdirə bilir; yüksək performans göstəricilərinə baxmayaraq, aqreqatlar əla effektivlik nümayiş etdirir, belə ki, yanacaq sərfiyyatı orta hesabla 9,1 – 11,2 l/100 km, atmosferə CO2 emissiyası isə 209-256 q/km təşkil edir.

Tamamilə yeni Mercedes-AMG GT 4-Door Coupé idman avtomobilləri ailəsini tamamlayır. Burada oturacaqların ikinci cərgəsi kifayət qədər genişdir, ön hissənin tərtibatı isə mükəmməldir

Sifariş üçün Azərbaycanda “Mercedes-Benz” rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus

Telefon.: (+99412) 496-50-50 / (+99412) 976-50-50

Abşeron Avtomobil Mərkəzi

Telefon.: (+99412) 347-78-00