“Mercedes-Benz GLE”ni əvvəlcədən sifariş edə bilərsiz

mercedes-benz-gleni-evvelceden-sifaris-ede-bilersiz
Oxunma sayı: 1635

"Mercedes-Benz"in Azərbaycandakı dilerləri yeni yolsuzluq avtomobili Mercedes-Benz GLE üçün əvvəlcədən sifarişlərin qəbulunu davam etdirir.

Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, avtomobilin satışına 2019-cu ilin ikinci rübünün əvvəlində başlanılacaq. 

Xatırladaq ki, yeni Mercedes-Benz GLE ilk dəfə olaraq 2018-ci lin oktyabrında Paris avtosalonunda təqdim edilib. 

Yeni Mercedes-Benz GLE-nin xarici dizaynı avtomobilin idman görünüşünü yaratmaqla yanaşı, həm də eyni zamanda SUV sinifli avtomobil seqmentində aerodinamikada yeni bir rekorda imza atmış olur. 

Modelin təkər bazası 80 millimetr artıb. Tam elektik tənzimlənməsi ilə təmin edilmiş ikinci sıra oturacaqlar əlavə rahatlığı təmin edəcəkdir.  

Bazara çıxmazdan öncə GLE tamamilə yeni mühərrik diapozonu, eləcə də yeni 4Matic sistemi ilə təmin olunacaqd. 

Avtomobildə ən yeni nəsil MBUX – Mercedes-Benz User Experience multimedia sistemi istifadə olunur. 

Burada geniş formatlı görünüşün təmin edilməsi üçün yanaşı yerləşən, hər biri 12,3 düym (31,2 santimetr) diaqonala malik olan iki böyük ekrandan istifadə edilir.

Sifarişlər aşağıdaki ünvanlarda qəbul edilir:

Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00