Mercedes-Benz qolf sahəsində yenilik etdi

mercedes-benz-qolf-sahesinde-yenilik-etdi
Oxunma sayı: 1732

2018-ci ilin may ayında Azərbaycanda qolf sahəsində beynəlxalq səviyyəli hadisə baş tutdu –Azərbaycanda ilk dəfə olaraq Mercedes-Benz-in rəsmi distribütoru “Autocapital-Azerbajan” və Mercedes Benz-in rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi”un dəstəyi ilə ölkədə nüfuzlu MercedesTrophy turniri keçirildi.

“Qafqazinfo” xəbər verir ki, MercedesTrophy – 1989-cu ildən Daimler AG tərəfindən keçirilən amator qolf turnirləri seriyasındandır. MercedesTrophynin finalı hər il Ştutqartda keçirilir, burada 25-35 ölkədən oyunçular iştirak edir. Müxtəlif səviyyəli MercedesTrophy turnirlərinin bütün dünya üzrə iştirakçılarının ümumi sayı 60 000 nəfərə qədər təşkil edir. MercedesTrophy nəinki idman yarışı, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır.

Qolf – Azərbaycanda nisbətən yeni idman növüdür. Əlverişli iqlim Azərbaycanda oyunun üstünlüklərini xüsusi vurğulayır. Qolf mövsümü burada mart ayında başlayır və yalnız dekabrda bitir. Qolf ölkəmizdə tədricən öz pərəstişkarlarını toplayır. Ona görə də təsadüfi deyildir ki, MercedesTrophy Azerbaijan iştirakçıları arasında xarici amatorlar da az deyildi. Lakin qeyd etmək lazımdır ki, yerli qolfçular onlara nə istəkli oyuğa düşmək bacarıqlarına görə, nə məqsədlərinə çatmaq üçün yoxlanmış azartlarına görə onlardan heç də geridə qalmırdılar ki, bu da zərif və üslublu oyunun şahidləri olmuş qonaqlar arasında böyük marağa səbəb oldu. Bütün bunlar idmanın bu növünü elitar oyunlara bərabər edirdi. Və nə qədər ki, “qarmaq ustaları” qolf mçeydançasında gözəl nəticələr göstərirdi, Mercedes Benz şirkətinin bütün qonaqları üçün Dreamland Golf Clubun baş qolf peşəkarı – Alex Day ustad dərsləri təşkil edirdi. 

Group A-da gedən mübarizə çox ciddi idi və qalibləri son oyuqlarla müəyyənləşdirirdilər. Burada üçüncü yeri Ankor Laladji tutdu, ikinci yer ikinci doqquzluqda ən yaxşı nəticə göstərmiş Refik Sabanoviçə verildi və qalib 37 steybford xalı ilə Xəlil Hüseynov oldu. O, həm də İtaliyaya – Sardiniyada yerləşən Forte Village eksklüziv kurortuna səfər qazandı. Gecənin finalı Mercedes-Benzdən «Drive to the Major” prizinin xüsusi oyunu oldu. Bura iyulun 17-dən 23-nə qədər keçiriləcək The Openə səfər də daxildir (Şotlandiyada ən nüfuzlu qolf turniri). Hər bir iştirakçı zərbə vura bildi və qolf meydançasında xüsusi xəttə ən düzgün zərbəni vuran Cənubi Mercedes Benz şirkəti MercedesTrophy turnirinin bütün iştirakçılarına, sponsorlarına və tərəfdaşlarına minnətdarlığını bildirir və hamıya qolf neydançalarında uğurlar və əla nəticələr arzulayır. Və deyir: “Gələn il Bakıda görüşənədək, Azərbaycan!”