“Mercedes” dərəyə aşdı

mercedes-dereye-asdi
Oxunma sayı: 3715

Ağzuda maşın dərəyə aşıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağsu rayonunda “Mercedes” markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.