“Mercedes” hasara çırpıldı

mercedes-hasara-cirpildi
Oxunma sayı: 642

Anspress xəbər verir ki, ötən gecə Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində idarəetmədən çıxan avtomobil qəza törədib. Qəza üçüncü mikrorayon bazarının yaxınlığında, yol ötürücüsünün başlanğıcında qeydə alınıb. Məlumata görə, Ziya Bünyadov prospektindən üçüncü mikrorayon dairəsi istiqamətində hərəkət edən “Mercedes” yolun ortasındakı dəmir çəpərə çırpıldıqdan sonra, idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı daş hasara dəyib.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Ağır qəzadan müəyyən bədən xəsarətləri ilə xilas olan sürücü yaxınlıqda olan şəxslərin köməkliyi ilə qəzaya uğramış avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

Qəzanın baş verdiyi ünvanda Nəsimi rayon polis idarəsinin və həmçinin dövlət yol polis şöbəsinin əməkdaşları araşdırmalar aparıblar. İlkin məlumata görə, hadisə avtomaşının yüksək sürətlə idarə edilməsi səbəbindən meydana gəlib. Faktla bağlı hazırda da araşdırmalar davam edir.