“Mercedes-Maybach”dan yeni təqdimat - Video

mercedes-maybachdan-yeni-teqdimat
Oxunma sayı: 1191

“Monterey Car Week” adlı tədbir çərçivəsində “Mercedes-Benz” şirkəti möhtəşəm dizayna sahib öz elektrik avtomobilini təqdim edib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, yeni “Mercedes-Maybach 6 Cabriolet” adlı elektromobil, 1930-cu illərin art-deko dəbi ilə yüksək texnologiyaların birləşməsini əks etdirir. Avtomobilin uzunluğu 6 metrdir. Bu isə o deməkdir ki, avtomobili park etmək cəhətdən bəzi problemlər yaşana bilər.  Maşın 4 kompakt sinxron elektromühərrik ilə təchiz olunub. Yastı enerji batareyası isə avtomobilin bünövrəsində yerləşir. Şirkətin məlumatına əsasən sözügedən batareya, sürətli enerji yığma özəlliyinə sahibdir. Belə ki, 100 km yol qətt etmək üçün batareyanı 5 dəqiqə ərzində enerji ilə təmin etmək kifayət edəcək.

“Mercedes-Maybach 6 Cabriolet”in mühərriki 750 at gücündədir və saatda 100 km sürəti yığmaq üçün avtomobilə 4 saniyə vaxt lazım olur. Tam enerji vəziyyətində avtomobil, 500 km yol qətt etmə özəlliyinə sahibdir. Bu yeni avtomobilin satışa çıxma tarixi və qiyməti barəsində hələki heç bir məlumat yoxdur.