“Mercedes” piyadanı vurdu

mercedes-piyadani-vurdu
Oxunma sayı: 651

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Qasımova Məlahət Zülfüqar qızı Azadlıq prospektinin 8-ci mikrarayon ərazisində düşən hissəsində yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Onun hər iki ayağında açıq sınıq xəsarəti qeydə alınıb. Sürücü ərazidən uzaqlaşmaq istəyərkən, polislər tərəfindən saxlanılıb. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.