“Mercedes”lə motosikleti vurub qaçdı - Yaralılar var

mercedesle-motosikleti-vurub-qacdi
Oxunma sayı: 1422

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhərin Əziz Əliyev küçəsi ilə hərəkət edən motosikleti "Mercedes" markalı avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. 

Qəza zamanı motosikletin sürücüsü Ramin Məmmədov və sərnişini İbrahim Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb olan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.

Elmar Əli