“Mercedes”lə piyadanı vurub öldürdü

mercedesle-piyadani-vurub-oldurdu
Oxunma sayı: 820

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 18-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.