“Mərhum bir neçə dəfə yıxılıb-durdu”

“Mərhum bir neçə dəfə yıxılıb-durdu”
Oxunma sayı: 1404

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən keçmiş məhkum 31 yaşlı Vüqar Hüseynovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahid Vahid Qəhrəmanov ifadə verərək hadisənin necə baş verdiyini danışıb: "Mən sex işlədirəm, həmin gün gördüm ki, iki nəfər gəlir. Əllərində bıçaq var idi, Vüqarın üstü qan idi, o birinin köynəyi cırılmışdı. Onun ayağına nəsə ilişdi, yerə yıxıldı. Vüqar əyilib  "ölmə" deyib qışqırdı. Sonra həmin adam ayağa qalxdı, yenə bir-birinə bıçaq atmağa başladılar. Mərhum bir neçə dəfə yıxılıb-durdu, axırıncı dəfə yıxıldı, daha durmadı. Vüqar ordan qaçmadı, mən yaxınlaşıb baxanda sinəsindən 2 bıçaq zərbəsi vardı". 

Mərhum E.Məmmədovun hüquqi varisi Suman Məmmədov şikayətçi olmadığını bildirib. 

Proses martın 27-də davam etdiriləcək. 

İttihama görə, 2017-ci il oktyabr ayında Xətai rayonunda eyni məhlədə yaşayan V.Həsənov dostu Elşən Məmmədovla mübahisə edib. Bir-birini söyərək təhqir edən dostlar sonra bıçağa əl atıblar. Onlar bir-birini bıçaqlayıblar, E.Məmmədov hadisə yerində ölüb, V.Həsənov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi