Mərhum naziri hazırda o əvəz edir

merhum-naziri-hazirda-o-evez-edir
Oxunma sayı: 10171

Xəbər  verdiyimiz  kimi, Müdafiə sənayesi naziri Yavər Camalov dünən vəfat edib. 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

“Qafqazinfo”nun Unikal.org-a istinadən verdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya  Musayev əvəz edir.

Qeyd edək ki,  Y. Musayev Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.