Mərhum prezidentin dəfni niyə gecikir?

merhum-prezidentin-defni-niye-gecikir
Oxunma sayı: 1647

Zimbabvenin keçmiş prezidenti Robert Muqabe bir aydan sonra dəfn ediləcək. “Qafqazinfo” bildirir ki, bu barədə onun qohumu Leo Muqabe “Zimpapers TV Network” telekanalının efirində məlumat verib.

“Hökümət və liderlər... “Heroes Acre” qəbiristanlığına yollanıb bir-birinə prezident Muqabenin dəfn ediləcəyi yeri göstərib. Bu yerin tikintisinin başa çatdırılması üçün 30 günə yaxın vaxt lazım olacaq... Bu, o deməkdir ki, dəfn mərasiminə də o qədər vaxt lazım olacaq”, - Leo bildirib.

Xatırladaq ki, R. Muqabe sentyabrın 6-da Sinqapurda vəfat edib. 95 yaşlı keçmiş prezident doğmalarının, eləcə də həyat yoldaşı Qreysin əhatəsində canını tapşırıb. O, ölümündən sonra ölkənin Milli Qəhrəmanı adına layiq görülüb.