Mərhuma Quran oxumaqla bağlı sual-cavab

merhuma-quran-oxumaqla-bagli-sual-cavab
Oxunma sayı: 7381


Cavab: Bütöv Quranı və ya Qurandan hər hansı surəni oxuyub, savabını mərhum şəxsin ruhuna hədiyyə etmək bəyənilən əməldir. İslam inancına görə, bununla ölünün o biri dünyadakı vəziyyəti yüngülləşə bilər. Xalq arasında buna “Quran tapşırmaq” və ya “Yasin tapşırmaq” deyirlər. Bunun üçün xüsusi bir mərasim keçirmək, hər hansı xüsusi dua oxumaq vacib şərt deyil. Quran oxuyarkən, bunu kimin ruhuna hədiyyə etdiyini düşünüb niyyət etmək kifayətdir. Ənənəyə görə, Quranı oxuyub bitirəndən sonra bəzi qısa surələri bir daha oxuyurlar. Sonra “tilavət” adlanan şeir formalı dua oxunur. Tilavətdə oxunan ayələrin Peyğəmbərə və Əhli-beytə xatir Allah tərəfindən qəbul edilməsi üçün dua edilir. Daha sonra “tapşırma duası” adlanan dua, axırda isə Fatihə və İxlas surələri oxunur. Bu münasibətlə ehsan süfrəsi də təşkil etmək olar. Bir daha təkrar edirik ki, bu adətlərin heç biri vacib deyil.

islam.az