Merilin Monronun öldürülməsi şübhəsini artıran - 10 fakt

Merilin Monronun öldürülməsi şübhəsini artıran
Oxunma sayı: 3234

Hollivud ulduzu Merilin Monro 1962-ci il, 5 avqustda dünyasını dəyişib.Aktrisanın ölüm səbəbi kimi rəsmi sənədlərdə yüksək dozada narkotik qəbul etməsi göstərilir. Ancaq Monronun öldürülməsi iddiaları illərdir gündəmdən düşmür.

 "Qafqazinfo" bu iddiaları gücləndirəcək 10 mühüm faktı təqdim edir: 

İddiaya əsasən, Monro pentobarbital maddəsinin yüksək dozasından ölüb. Ancaq cəsədin müayinəsi zamanı aktrisanın bədənində hazırda evtanaziyada istifadə edilən həmin maddənin heç bir izinə rastlanmayıb. Həkimlər bunu onunla izah ediblər ki, pentobarbital narkomanın qanında adi insandan fərqli olaraq, daha tez həll olur. 

Merilinin öldüyü gecə qulluqçusu dərhal bütün yataq örtüklərini yuyub. Hadisə yerinə gələn polis serjantı Cek Klemmons bildirib ki, qulluqçu Yunis Mürrey özünü çox qəribə aparıb və inadla ifadə vermək istəməyib. Bu isə onun nəyisə gizlətməsi şübhəsini doğurub. 

Monro öldüyü gün bütün dostlarına və tanışlarına zəng vurub. Onlardan biri də Con F.Kennedinin qaynı Piter Louford da olub. Onun sözlərinə görə, Meirlin narkotikin təsiri altında olub. Ancaq həkimlər və şahidlər israrla aktrisanın bədənində hər hansı maddə izinə rast gəlmədiklərini bildiriblər. 

1970-ci illərədək hakimiyyət sui-qəsd iddiası ilə bağlı insanları susdurmağa çalışıb. Aktrisanın öldürülməsi ilə bağlı ilk dəfə Norman Meyler danışıb. O, Monronun məhz ABŞ prezidenti ilə olan münasibətinin onun kədərli sonu olduğunu deyirdi. Ancaq hökumət tərəfdarları tezliklə Meyleri də susdurmağı bacardı. 

1975-ci ildə jurnalist Entoni Skadutonun qalmaqallı məqaləsi dərc olunur. O, Monronun Con Kennedi və qardaşının göstərişi ilə öldürüldüyünü bildirirdi. 

Merilin ölümündən qabaq çox yaxşı əhvalda olub. Belə ki, o, kino ulduz Ci Di Maconun (balaca) sevgilisindən ayrıldığını öyrənmişdi. Bu isə onu sevindirirdi. 

Polis aktrisanın ölümünü çox gec öyrənib. Belə ki, Monronun evinə hamıdan əvvəl psixiatr Qrinson və həkim Hayman Enqelberq gəlib. Polis "niyə gec getdiniz" sualına icazə verilməsini gözlədiklərini cavabını veriblər. 

Monronun ölümü işinə 1982-ci ildə yenidən baxılır. İctimaiyyətin təzyiqi və sui-qəsd iddialarının artması üzündən Kaliforniya prokurorluğu aktrisanın ölümünü yenidən araşdırmalı olur. 29 səhifəlik material toplanır, onların oxunması isə 3,5 ay çəkir. Nəticədə prokurorluq belə qərara gəlir ki, Monronun ölümündə heç bir sui-qəsd faktı yoxdur və o, özü intihar edib. 

Monronun qulluqçusu Mürrey ifadəsini bir neçə dəfə dəyişib. O, əvvəlcə gecə saat 3-də Monronun otağının işığını yandığını və onun psixoloquna zəng vurduğunu deyib. 4:25-də isə qulluqçu polisi çağırır. Ancaq dinlənilən zənglər zamanı məlum olub ki, Mürrey psixoloqa gecəyarısı zəng edib. Daha sonra isə o, sahibəsinin ölüm vaxtını başqa cür göstərib. 

Merilin ölümündən 3 gün sonra ərə gedəcəkdi. Co Di Maco və Merilin Monro 1954-cü ildə ailə qurmuşdular. Ancaq bir il sonra cütlük ayrılmışdı. Bununla belə, Co Merilinin ən yaxın dostu idi. Aktisa 1961-ci ildə psixiatriya xəstəxanasına düşəndə onu xilas etmək üçün köməyə məhz Conu çağırmışdı. Cütlüyün ikinci dəfə toyu avqustun 8-nə planlaşdırılmışdı. 

Merilinə qapalı dəfn mərasimi keçirən Co Di Maco Hollivud ulduzlarını oraya buraxmamışdı. O, Monronu intihara aparanların məhz Hollivud ulduzları olduğunu bildirirdi. Monroya Emilio Puççinin hazırladığı yaşıl libas geyindirilir, Uayti Snayder isə sonuncu dəfə onun üzünə qrim edir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi