Merilin Monronun “Qızıl qlobus”u rekord qiymətə satıldı

merilin-monronun-qizil-qlobusu-rekord-qiymete-satildi
Oxunma sayı: 1886

Amerikalı aktrisa Merilin Monronun  “Qızıl qlobus”u Los-Ancelesdə qoyulan hərracda 250 min dollara satılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, indiyədək ən böyük məbləğə satılan “Qızıl qlobus” aktrisaya 1961-ci ildə verilib.

Hərracda həmçinin Monronun Konnektikut ştatında aldığı sürücülük vəsiqəs (10 min dollar), büllur sırğaları (10 min 200 dollar), üz qabığına çəkildiyi “Playboy” jurnalının ilk nüsxəsi (32 min dollar), aktrisanın 1956-cı ildə Los-Anceles hava limanında keçirilən mətbuat konfransına geyindiyi qara köynəyi (43,75 min dollar) satılıb.