Merin ölümünə görə matəm elan edildi

merin-olumune-gore-matem-elan-edildi
Oxunma sayı: 1418

Polşa prezidenti Anjey Duda Qdansk meri Pavel Adamoviçin qətli ilə əlaqədar matəm elan edib.

“Qafqazinfo” xəbər verir ki, prezident qərarını Tvitterdə yayıb:

“Cənab Pavel Adamoviçin faciəvi ölümü ilə əlaqədar 18-19 yanvar tarixində milli matəm günü elan edirəm. Hamıdan matəmə hörmət göstərməsini xahiş edirəm”. 

Qeyd edək ki, Yeni il konserti zamanı Stefan adlı şəxs bıçaqla səhnəyə çıxaraq nitq söyləyən meri ürəyindən bıçaqlayıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Stefanı ömürlük həbs gözləyir.