Meriya paytaxt sakinlərinə müraciət edib

meriya-paytaxt-sakinlerine-muraciet-edib
Oxunma sayı: 1465

Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir. 

Meriyadan “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb. Şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcuddur.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.

Sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulan ərazilərə şamil edilmir. Şəhədə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir.