Merkel ABŞ-da pərt oldu - Tramp onun əlini geri çevirdi + Video

Merkel ABŞ-da pərt oldu
Oxunma sayı: 8934

Almaniya kansleri Angela Merkel Vaşinqtonda rəsmi səfərdədir.

Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Angela Merkellə görüşü artıq başlayıb.

***

ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkelin Ağ Evdə baş tutan ilk görüşü maraqlı hadisə ilə yadda qalıb.

“Cnnturk” xəbər verir ki, liderlərin görüşünə “əl-ələ görüşmək” qalmaqalı damğa vurub. Belə ki, Merkel mətbuat konfransından öncə Trampa əl-ələ görüşərək şəkil çəkdirməyi təklif edib. Lakin ABŞ lideri bu təkliflə razılaşmayaraq üzünü jurnalistlərə tutub. Qarşı tərəf isə Donaldın bu hərəkətinə görə təəccübləndiyini gizlətməyib.

Qeyd edək ki, D. Trampla A. Merkelin görüşündə birinci xanım Melaniya Tramp deyil, prezidentin qızı İvanka iştirak edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi