Merkel Avropa siyasətçilərini şoka saldı - Fotolar

merkel-avropa-siyasetcilerini-soka-saldi-fotolar
Oxunma sayı: 645

Yanvarın 21-də Brüsseldə “İnsan hüquqları uğrunda” İctimai Birliyin beynəlxalq analitik qrupunun hazırladığı “Avropanın qürubu” hesabatın təqdimatı keçirilib. Təqdimatda media nümayəndələri, Avropa Parlamentinin deputatları, siyasətçilər, diplomatlar, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Hesabatın təqdimetmə mərasimi ilə bağlı “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, layihə Almaniyanın, Norveçin Xarici İçlər nazirlikləri, Soros Fondu, Qara Dəniz Regional Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilib. Layihə hazırlanarkən beynəlxalq analitik qrupu “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniyanın Miqrasiya, qaçqın və inteqrasiya siyasəti məsələləri üzrə Komissarı, Rusiya və Ukrayna , Türkiyə diaspor nümayəndələri, ictimai-siyasi xadimlər, jurnalistlərlə əməkdaşlıq edilib.

Layihənin təqdimatı ilə bağlı “İnsan hüquqları uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayev, “Franfurt occupy” hərəkatının lideri Tomas Pilts, Almaniyanın türk icmasının rəhbəri, məşhur ictimai-siyasi xadim Kenan Kolat, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramının direktoru Stiven Ellis və başqaları çıxış ediblər.

“Təqdimatda göstərilən faktlar prezentasiyada iştirak edən avropalılar üçün gözlənilməz olub. Belə ki, beynəlxalq analitik qrupun hazırladığı hesabatda və yayımladıqları sənədli filmdə Almaniyada milli azlıqların, xüsusilə türklərin bütün səviyyələrdə diskriminasiyaya məruz qaldıqları, onların hüquqlarının kobud şəkildə pozulduğunu və bunun arxasında alman xüsusi xidmətlərinin dayandığını, Frankfurtun timsalında öz hüquqlarını qorumaq üçün mitinqə çıxan insanların vəhşicəsinə döyüldüyünü və məhkəmə qərarı olmadan qeyri-müəyyən müddətə təcridxanalara salındığını, “dərin dövlət”in dəstəyi ilə neonasist ideologiyanın yenidən çiçəklənməyə başladığını və bunun əsasən müsəlman türklərə qarşı yönəldiyi, multikulturalizmin tamamilə iflasa uğradığının Almaniyanın kansleri Merkel tərəfindən etiraf edildiyi öz əksini tapıb.

Alman hökumətində korrupsiya hallarının açıqlanması isə avroparlamentarilərin kəskin reaksiyasına səbəb olub. Belə ki, xarici işlər naziri Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurub. Təsadüfi deyil ki, aeroportun tikintisi 2015-ci ilə qədər təxirə salınıb və hətta hökumətin istefasına gətirib çıxara bilər. Hökumətin böhranı artıq seçkilərin ilkin mərhələsində Merkel partiyasının uduzmasına gətirib çıxaracağını söyləməyə əsas verir və Saksoniyada keçirilmiş seçkilərin nəticələri bir daha bu fikri təsdiq edir.

Tədbirdə iştirak edən Avropa parlamentinin nümayəndələri və siyasətçiləri Merkel hökumətinin yürütdüyü siyasətdən hiddətlənib və bütün Avropaya demokratiya dərsi keçən bunun Almaniya hökumətinin Avropa dəyərləri ilə bir araya sığmayan siyasət yürütmələrini kəskin pisləyiblər”.