Merkel istefa verməyəcək

merkel-istefa-vermeyecek
Oxunma sayı: 650

“Hələ ki, istefaya getmək fikrim yoxdur”.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel keçmiş ədliyyə naziri Sabina Loythoysser-Şnarrenberqin “Vəzifə -bu gücdür” adlı kitabının təqdimatında çıxışı zamanı bildirib. 

Qeyd edək ki, sentyabrın 24-də Almaniyada bundestaqa seçkilər keçiriləcək. Hazırda ən uğurlu namizəd Merkelin rəhbərlik etdiyi Xristian-Demokratik Partiyası hesab olunur. Qələbə qazandığı təqdirdə o, 4-cü dəfə Almaniyanın kansleri olacaq. 

Merkel 2005-ci ildən alman hökumətinə rəhbərlik edir.