“Merkel və Tramp gəlsə, həbs ediləcəklər” - Kadırovdan təhdid

merkel-ve-tramp-gelse-hebs-edilecekler
Oxunma sayı: 2200

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkeli təhdid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kadırov onları həbs etməklə hədələyib.

O, Tramp və Merkelin burada bank hesablarını aşkarlayacaqları təqdirdə, həmin an ləğv edəcəklərini də bildirib.

Qeyd edək ki, Kadırov ABŞ-ın sanksiya tətbiq etdiyi rus diplomat və biznesmenlərin siyahısında yer alır.