Merkel yenə titrədi... - Açıqlama yaydı+ Video

merkel-yene-titredi
Oxunma sayı: 5451

Almaniya Kansleri Angela Merkel Berlində Finlandiya Baş Naziri Antti Rinne ilə görüşündə güclü titrətmə keçirib.

“Qafqazinfo”nun “n-tv”yə istinadən xəbərinə görə, Merkel bununla artıq üçüncü dəfədir rəsmi tədbirdə pis vəziyyətə düşüb.

Fin hökumətinin rəhbəri baş verənlərə heç bir reaksiya göstərməyib. 

“RİA Novosti”  xəbər verir ki, Almaniya hökumətinin nümayəndəsi Ulrik Demmer Kanslerin tutmalara görə tibbi yoxlanışdan keçib-keçmədiyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib. 

“Röyters”in məlumatına görə, Angela Merkel tutmaları ilə bağlı bəyanat verib. Kansler hər kəsdən ona görə narahat olmamağı xahiş edib: “Mən yaxşıyam. Narahat olmayın”.

Xatırladaq ki, A. Merkel iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski, iyunun 27-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşündə analoji hadisəni yaşamışdı. Bəzi həkimlər onun günvurma, digərləri isə şəkər xəstəliyi və Parkinson  xəstəliyi səbəbindən bu hala düşdüyünü bildirmişdilər.