Mərkəz məcburi köçkünləri maarifləndirib

merkez-mecburi-kockunleri-maariflendirib
Oxunma sayı: 639

JAM sədri Seymur Verdizadə bildirib ki, seminarda 100-dən artıq məcburi köçkün ailəsi iştirak edib. Onun sözlərinə görə, 2011-ci ilin oktaybr-dekabr aylarını əhatə edən bu layihə çərçivəsində Biləsuvar rayonunda məskunlaşmış 1000 məcburi köçkün arasında sorğu keçirilib. Sorğuya cəlb olunan respondentlər ailə dəyərləri ilə bağlı öz münasibətləri bildiriblər.
Seymur Verdizadə qeyd edib ki, sorğunun nəticələri təhlil olunaraq hazırlanan məlumatlar və tövsiyələr müvafiq dövlət qurumlarına göndərilib.

JAM-ın dekabrın 27-də keçirilən seminarında çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Əli Ağakişiyev müharibədən zərər çəkən və daimi yaşayış yerlərinən didərgin düşən köçkünlər arasında bu cür tədbirlərin sosial əhəmiyyətə malik olduğunu vurğulayıb

O, bildirib ki, Cəbrayıl rayonu İcra Hakimiyyəti layihənin həyata keçirilməsi üçün hər cür dəstək göstərib. İcra başçısının müavini Jurnalist Araşdırmalar Mərkəzi və digər ictimai birliklərin bu istiqamətdə gələcəkdə keçirəcəyi layihələrə də dəstək olacaqlarını qeyd edib.

Prezident yanında Kütləvi informasiya Vasitələrinə İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvi, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli tədbirdə son illər Azərbaycan hökumətinin QHT-lərin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. O qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurası milli donorlar olaraq yerli vətəndaş cəmiyyətinin, mətbuatın inkişafına töhfələr verir. M.Ələsgərlinin sözlərinə görə, bu cür layihələrin keçirilməsi həm yerli problemləri araşdırmaq, həm də ölkədə vətəndaş cəmiyyətinin qurucusu olan institutların inkişafına dəstək olacaq.

Tədbirdə Cəbrayıl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev, Cəbrayıl rayon 48 saylı orta məktəbin direktoru Rauf Musayev, əməkdar müəllim Rəhim Rəhimov, tarixçi Mirzə Mirimov çıxış edərək məcburi köçkünlərin üzləşdiyi problemlərdən danışıblar, ailə dəyərlərini möhkəmləndirmək istiqamətində öz təklif və tövsiyələrini veriblər.