Mərkəzi Bank 100-lükdən böyük nominallı pul hazırlayacaq

merkezi-bank-100-lukden-boyuk-nominalli-pul-hazirlayacaq
Oxunma sayı: 766

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev açıqlamasında bildirib. O bildirib ki, Mərkəzi Bankın nağd pul konsepsiyası var ki, bu konsepsiyaya müvafiq olaraq müxtəlif nominallı pulların dizaynı, hazırlanması üzərində fikirləşirlər: “Təbii ki, 100 manatdan da böyük pulların hazırlanması istiqamətində düşüncələrimiz var. Belə ideyalar da var. Zamanı gələndə həyata keçiriləcək”.

A. Quliyev həmçinin Azərbaycanda yararsız hala düşən və köhnəlmiş əsginaslarla da bağlı məsələyə toxunub. O bildirib ki, bu pulların yenisi ilə əvəz olunması üçün Mərkəzi Bankın kifayət qədər nağd pul ehtiyatları mövcuddur: “Əsasən 1 və 5 manatlıq əsginasları əhatə edən bu proses daim aparılır və bank sisteminə daxil olan bu cür əsginaslar dəyişdirilir. Hazırda dövriyyədə olan köhnəlmiş və yararsız əsginaslar isə bank sistemindən kənar dövr edir və bank sisteminə daxil olan kimi dərhal əvəz olunur”.

Nigar Məmmədli