Mərkəzi Bank müəllimlərə seminar keçdi

merkezi-bank-muellimlere-seminar-kecdi
Oxunma sayı: 753

Mərkəzi Bank “Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası çərçivəsində ilin əvvəlindən bəri 70-dən çox tədbir həyata keçirib.      

Bankdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, budəfəki tədbir “31 Oktyabr – Beynəlxalq Əmanət Günü”nə təsadüf edib. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Unveristetinin (ADAU) müəllim-tələbə heyəti üçün maliyyə savadlılığı mövzusunda seminar təşkil edilib. Seminar həm maarfiləndirmə, həm də təbliğat-təşviqat xarakteri daşıyıb.

Seminar zamanı tələbələrə istehlakçı davranışları, ailə büdcəsinin planlaşdırılması, sığorta və vergi sistemi, yığım, əmanətlərin sığortalanması mexanizmi, nağdsız ödənişlər, pul nişanlarının mühafizə elementləri və əskinasların üzərindəki milli rəmzlərin tanıdılmasına dair təqdimatlar keçirilib. 

Qeyd edək ki, AMB cari ilin növbəti aylarında da tərəfdaş qurumlarla birgə əhalinin, o cümlədən ali məktəb tələbələrinin maliyyə savadlılığının artırılması istiqamətində belə tədbirləri davam etdirəcək.