Mərkəzi Bank Strateji Planını təqdim edib

merkezi-bank-strateji-planini-teqdim-edib
Oxunma sayı: 674

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, təqdimat mərasimində qeyd edilib ki, indiyə qədər əldə etdiyi uğurlarda Bankın fəaliyyəti və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynayıb. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşıb, bütün funksional fəaliyyət istiqamətlərində müvafiq biznes prosesləri, yaradıcı və intellektual iş mühiti yaradılmış, peşəkar bacarıqlara malik kadrlar hazırlanıb.

Son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit Bankın qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu yeni çağırışların effektiv cavablandırılması üçün Bank bir sıra istiqamətlərdə - makroiqtisadi sabitliyin, bank sistemində maliyyə sabitliyinin qorunması, əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi, institusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması, insan kapitalının inkişafı, iqtisadi inkişafa dəstəyin artırılması istiqamətlərində yeni strateji fəaliyyət prioritetləri müəyyən edib.

Strateji Plan 2011-2014-cü illər üçün Bankın qarşısına doqquz strateji hədəf qoyur və həmin hədəflər Azərbaycan Mərkəzi Bankının ölkədə makro-iqtisadi sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyən mühüm dövlət institutuna çevrilməsinə imkan yaradacaq.

Nigar Məmmədli