Mərkəzi Banka yeni baş direktor təyin olundu

merkezi-banka-yeni-bas-direktor-teyin-olundu
Oxunma sayı: 3874

Vüqar Əhmədov Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin olunub.

“Qafqazinfo”nun banka istinadən verdiyi məlumata görə, bundan əvvəl V.Əhmədov Mərkəzi Bankın Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, hazırda AMB-də 6 baş direktor fəaliyyət göstərir. V.Əhmədovdan başqa bu vəzifəni Aqşin Vəliyev, Rəşad Orucov, Ziya Əliyev, Əliyar Məmmədyarov və Abdulla Məlik-Aslanov tutur.