Mərkəzi Bankda növbəti hərrac

merkezi-bankda-novbeti-herrac
Oxunma sayı: 650

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, depozit hərracında tələb 600,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır.