Mərkəzi Bankdan “Bank of Baku” - - Açıqlaması

merkezi-bankdan-bank-of-baku-
Oxunma sayı: 2576


Trend-in Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərkəzi Bank bildirir ki, "Bank of Baku" ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, "Bank of Baku" ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyildir.