Mərkəzi Bankdan yenilik

Mərkəzi Bankdan yenilik
Oxunma sayı: 1365

Mərkəzi Bankın Banklararası Kart Mərkəzi infrastrukturunun ən son PCI-DSS standartlarına cavab verdiyi təsdiq edilib.

“Qafqazinfo” Mərkəzi Banka istinadən xəbər verir ki, müasir texnoloji nailiyyətlər əsasında yaradılan BKM ölkədə emissiya olunan ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini və eyni zamanda, ödəniş kartları bazarında səmərəli və çevik tarif siyasətinin tətbiqini təmin edir. 

Bu səbəbdən BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyinə və biznes proseslərin davamlılığına əminliyin yüksəldilməsi məqsədilə sistemin beynəlxalq kart təşkilatları tərəfindən müəyyənləşdirilmiş PCI DSS – “Payment Card Industry Data Security Standards” (ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə audit həyata keçirilib. Keçirilmiş audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edillərək və müvafiq sertifikat təqdim olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi